USD 1.7
25 °C

Bakıda Estoniyanın “Medical Spa Narva-Jõesuu” sanatoriyasının təqdimatı keçirilib

İyun 4, 2025 13:58 / 230
Bakıda Estoniyanın “Medical Spa Narva-Jõesuu” sanatoriyasının təqdimatı keçirilib
A-
A
A+

Bu gün Bakıda AZE Turizm şirkətinin təşkilatçılığı ilə Estoniyanın “Medical Spa Narva-Jõesuu” sanatoriyasının təqdimat mərasimi keçirilib. Tədbirdə turizm sahəsinin inkişafında mühüm rol oynayan Assosiasiyaların rəhbər şəxsləri və 20-yə yaxın turizm agentliyi iştirak edib.

cbx-add

Təqdimatda sanatoriyanın nümayəndəsi Karina Küppas iştirakçılara müəssisənin tibbi-spa xidmətləri, müalicə proqramları və təbii müalicə resursları haqqında ətraflı məlumat verib. O, həmçinin sanatoriyanın beynəlxalq turistlər üçün yaratdığı şərait və yeni turizm paketləri barədə təqdimatla çıxış edib.

Tədbirin sonunda iştirakçılar arasında maraqlı müsabiqə təşkil olunub və qaliblərə müxtəlif hədiyyələr təqdim edilib.

Oxşar xəbərlər